tidazerbaycan.online-talk.net

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
tidazerbaycan.online-talk.net

TURKLESMEK, ISLAMLASMAK VE DEMOKRATIKLESMEK

TURKIYE & ERMENİSTAN SERHEDLERİ AÇİLMASİN Barbaros & Dürdanə

En son konular

» Hər şeyi yenidən başlamalı
«Əsrimizin Səyavuşu» necə yarandı? EmptyÇarş. Mayıs 06, 2009 12:25 am tarafından AZERBEY

» Referendum biabırçılığı
«Əsrimizin Səyavuşu» necə yarandı? EmptySalı Mayıs 05, 2009 11:56 pm tarafından AZERBEY

» Mirzə Sakit "xaraşo"
«Əsrimizin Səyavuşu» necə yarandı? EmptyPerş. Nis. 23, 2009 5:49 pm tarafından Barbaros

» NOVRUZ -Yeni Gün-
«Əsrimizin Səyavuşu» necə yarandı? EmptyC.tesi Mart 21, 2009 9:59 pm tarafından Barbaros

» MANEVÎ ve MANEVİYAT NEDİR?
«Əsrimizin Səyavuşu» necə yarandı? EmptyÇarş. Mart 18, 2009 9:17 pm tarafından Barbaros

» Vətən sən kiminsən?
«Əsrimizin Səyavuşu» necə yarandı? EmptyÇarş. Mart 18, 2009 8:52 pm tarafından Barbaros

» iki şairin qarşılaşdırlması
«Əsrimizin Səyavuşu» necə yarandı? EmptyCuma Mart 13, 2009 12:41 am tarafından Barbaros

» MANEVİYAT VE AHLÂK ARASINDAKİ BAĞ
«Əsrimizin Səyavuşu» necə yarandı? EmptyPaz Mart 08, 2009 7:29 pm tarafından Barbaros

» FELSEFE İLE MANEVİYAT ARASINDAKİ BAĞ
«Əsrimizin Səyavuşu» necə yarandı? EmptyPaz Mart 08, 2009 7:08 pm tarafından Barbaros

Tarıyıcı


2 posters

    «Əsrimizin Səyavuşu» necə yarandı?

    Dürdanə
    Dürdanə
    Admin


    Kadın
    Mesaj Sayısı : 12
    Yaş : 38
    Nerden : la məkan
    Kayıt tarihi : 07/03/09

    «Əsrimizin Səyavuşu» necə yarandı? Empty «Əsrimizin Səyavuşu» necə yarandı?

    Mesaj  Dürdanə C.tesi Mart 07, 2009 8:47 pm

    Sevda İsmayıllı
    ...Ötən əsrin 20-ci illəri. Şəhərlər şəhəri İstanbul.

    «Sahildə bir kişi durub düşünür:
    Dənizmi olum,
    dalğamı yoxsa,
    yosunmu olum,
    ummanmı yoxsa?»
    (Nazim Hikmət)

    Yox sahildəki kişini ilgiləndirən başqa şeylərdi. Bu bir vətən sevdalısıdır. Adı da bəlli, Məhəmməd Əmin Rəsulzadə. Vətənin bir parçasında - Lahıcda qalan «yarımçıq» (yox bütöv) əl yazmasını düşünür - «Əsrimizin Səyavuşu».

    ...XXI əsrin 9-cu ili. Həmin dəniz sahilindəki kişinin - Milli Azərbaycan Şurası başqanı M.Ə. Rəsulzadənin «Əsrimizin Səyavuşu» kitabının 1989-cu il Ankara çapı əlimin altındadır. Müəllifin kitaba yazdığı ön sözlə birlikdə. Və Əmin bəy «bu əlyazmanın özünəməxsus macərası vardır» deyə sözə başlayır.

    ...Bolşevik istilasından sonra bir ay Bakıda gizlənir. Sonra Gürcüstana keçmək üçün bir dostu ilə yola çıxır. Dağlar-dərələr aşır (özü belə yazır). Şamaxı qəzasının Lahıc qəsəbəsində gizlənmək zorunda qalır. Bəxti gətirir. Tiflis yolu Fətəli xan Xoyskini, Həsən bəy Ağayevi udmuşdu.

    Lahıcda bir kəndlinin evində qalmalı olurlar. Onun evində farsca, türkcə və rusca kitabları olan balaca bir kitabxanası olur. Əmin bəy Firdovsinin «Şahnamə»sini oxumağa başlayır. Əsər «pək həssas olan ruhunu istila edir». Yanındakı dostuna «Tariximin Səyavuşunu» dinlədin. İndi sənə əsrimizin Səyavuşunu yazacağam» deyir. 7-8 gün içində əsəri tamamlayır. Bu müddətdə bir dəfə də qaldıqları evi dəyişirlər. Əmin bəy əlyazmanın üzünü təmizə çıxarır. Təmiz nüsxəni evində qaldığı kəndliyə verir. O birini özündə saxlayır...

    Qaldıqları ev aşkarlanır. Onları tuturlar. Amma o üstündəki nüsxəni cırıb atmağa macal tapır.

    İki illik mənfi həyat...

    Sonrası məlum... Bayıl həbsxanası... Stalinin onu həbsdən qurtarması və Moskva həyatı.

    «İki sənə mənfi bir həyat keçirdim» yazır Əmin bəy. Və bu iki ildə əlyazmasını Azərbaycandakı dostlarının sayəsində geri almaq istəyir. Mümkün olmur. Lahıclı kişi əlyazmanı heç kimə vermir. Çünki əvvəlcədən şərtləşdikləri acar sözü kəndliyə deyən olmur.

    ...Moskvadan Finlandiyaya, axırı Türkiyəyə gəlib çıxır Əmin bəy. Əlyazmasına ( təkcə onamı?) yas saxlayır. Dostları onu qınayırlar, «mövzu məlumdur, yenidən yazın» deyirlər. Yox deyir Əmin bəy. «O zamankı, ruh halı və vəziyyət bir daha geri verilməz». Əli Əhmədoğlunun (əsəri bu imza ilə yazmışdı) əsərilə 1923-cü ildə İstanbulda yaşayan M.Ə.Rəsulzadənin əsəri arasındakı fərq açıq aydındır - deyir Əmin bəy.

    Əlyazma yiyəsinə yetir

    Və nəhayət elə həmin 23-cü ildə əlyazma, özü demiş «bolşevik çəmbərini yarıb İstanbula çatır».

    Əmin bəy kitaba yazdığı ön sözdə Lahıc kəndlilərinə təşəkkür edir və əlavə edir ki, bolşeviklərin ucbatından onların adlarını çəkə bilmədiyindən üzgündür. İnşallah onun sırası da gələr...

    ...Onun sırası gəlmədi. Ömür çatmadı. Onu (təkcə onumu?) biz etməliyik! Edirikmi? Siz söyləyin, edirikmi?

    ...Bu gün martın 5-i o, böyük Kişinin anım günüdür. Gəlin həmin günü sayqıyla anaq və onun son nəfəsində dediyi sözü təkrarlayaq: «Can Azərbaycan» söyləyək!

    P.S. əgər o əlyazma itsəydi Məhəmməd Əmin bəyin gəncliyə müraciəti bəlkə də belə olmayacaqdı.

    «Ey gələcək nəsil, ey gənclik! Ey əsrimizin Səyavuşunun böyümüş oğlu!

    Sənin üzərində böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq. Müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla yüksəldərək dedi ki: Bir kərə yüksələn bayraq bir daha enməz!»
    Barbaros
    Barbaros
    Admin


    Erkek
    Mesaj Sayısı : 39
    Yaş : 59
    Nerden : Bakı, Azerbaycan
    Kayıt tarihi : 03/03/09

    «Əsrimizin Səyavuşu» necə yarandı? Empty Geri: «Əsrimizin Səyavuşu» necə yarandı?

    Mesaj  Barbaros C.tesi Mart 07, 2009 9:00 pm

    «Ey gələcək nəsil, ey gənclik! Ey əsrimizin Səyavuşunun böyümüş oğlu!

    Sənin üzərində böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq. Müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla yüksəldərək dedi ki: Bir kərə yüksələn bayraq bir daha enməz!» Ne demeli buyuk lidersen Məhəmməd Əmin Resulzade, Paylaşim ichin cox tesekkur edirem, Dürdanə sen inan can san Allah seni saqlasin.

      Forum Saati Ptsi Eyl. 16, 2024 6:59 pm