tidazerbaycan.online-talk.net

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
tidazerbaycan.online-talk.net

TURKLESMEK, ISLAMLASMAK VE DEMOKRATIKLESMEK

TURKIYE & ERMENİSTAN SERHEDLERİ AÇİLMASİN Barbaros & Dürdanə

En son konular

» Hər şeyi yenidən başlamalı
Mirzə Sakit  "xaraşo" EmptyÇarş. Mayıs 06, 2009 12:25 am tarafından AZERBEY

» Referendum biabırçılığı
Mirzə Sakit  "xaraşo" EmptySalı Mayıs 05, 2009 11:56 pm tarafından AZERBEY

» Mirzə Sakit "xaraşo"
Mirzə Sakit  "xaraşo" EmptyPerş. Nis. 23, 2009 5:49 pm tarafından Barbaros

» NOVRUZ -Yeni Gün-
Mirzə Sakit  "xaraşo" EmptyC.tesi Mart 21, 2009 9:59 pm tarafından Barbaros

» MANEVÎ ve MANEVİYAT NEDİR?
Mirzə Sakit  "xaraşo" EmptyÇarş. Mart 18, 2009 9:17 pm tarafından Barbaros

» Vətən sən kiminsən?
Mirzə Sakit  "xaraşo" EmptyÇarş. Mart 18, 2009 8:52 pm tarafından Barbaros

» iki şairin qarşılaşdırlması
Mirzə Sakit  "xaraşo" EmptyCuma Mart 13, 2009 12:41 am tarafından Barbaros

» MANEVİYAT VE AHLÂK ARASINDAKİ BAĞ
Mirzə Sakit  "xaraşo" EmptyPaz Mart 08, 2009 7:29 pm tarafından Barbaros

» FELSEFE İLE MANEVİYAT ARASINDAKİ BAĞ
Mirzə Sakit  "xaraşo" EmptyPaz Mart 08, 2009 7:08 pm tarafından Barbaros

Tarıyıcı


2 posters

    Mirzə Sakit "xaraşo"

    Dürdanə
    Dürdanə
    Admin


    Kadın
    Mesaj Sayısı : 12
    Yaş : 38
    Nerden : la məkan
    Kayıt tarihi : 07/03/09

    Mirzə Sakit  "xaraşo" Empty Mirzə Sakit "xaraşo"

    Mesaj  Dürdanə C.tesi Mart 14, 2009 8:59 pm

    Sovet vaxtı gəldi İvan, dedik vsyo, on xaraşo
    İndi görüb ingilisi söyləyirik, Con xaraşo.

    İqtidarda özgə kəslər, heykəl sevər bütpərəstlər
    Evlərində xaçpərəstlər, rusca desən, von xaraşo.

    Deputatlar qəflə-qatır, padşahımız şeş-beş atır
    Oksigeni pula satır, müftədi karbon xaraşo.

    Heydər əmi nazir seçib, məddahlığı boyna biçib
    Yaltaqlığın həddi keçib- kilo nədi, ton xaraşo.

    Prezidentin ilqarından, parlamanın astarından
    Baş komandan şalvarından Haykanuşda don xaraşo.

    Qaçqın qalıb əsə-əsə, Qaçqınkom da yardım yesə,
    İldən-ilə atəşkəsə azca versə fon, xaraşo.

    Məmurları yığ halaya, ştrafnoy falaqqaya
    Zakir, Ramil, Hacbalaya qapalı bir zon xaraşo.

    Vətən marşın o yana bur- "Azərstar neçənci tur"?
    Ay el oğlu, ayağa dur, heydərizmə son xaraşo.


    En son Dürdanə tarafından Perş. Nis. 09, 2009 8:40 pm tarihinde değiştirildi, toplamda 1 kere değiştirildi
    Barbaros
    Barbaros
    Admin


    Erkek
    Mesaj Sayısı : 39
    Yaş : 59
    Nerden : Bakı, Azerbaycan
    Kayıt tarihi : 03/03/09

    Mirzə Sakit  "xaraşo" Empty Geri: Mirzə Sakit "xaraşo"

    Mesaj  Barbaros Salı Mart 17, 2009 9:53 pm

    Vallah Dürdanem, hardan buldun bu şeri, süper içine etmişin sahtekarlarin, yazan şair de bala şair miş. var ol sen emi canim menim, cox tesekkurler sene.
    Dürdanə
    Dürdanə
    Admin


    Kadın
    Mesaj Sayısı : 12
    Yaş : 38
    Nerden : la məkan
    Kayıt tarihi : 07/03/09

    Mirzə Sakit  "xaraşo" Empty Geri: Mirzə Sakit "xaraşo"

    Mesaj  Dürdanə Paz Nis. 12, 2009 6:52 pm

    «Azadlıq» qəzetinin əməkdaşı, satirik-şair Mirzə Sakit həbsdən çıxdıqdan sonra «Azadlıq» radiosuna müsahibə verib.

    -Həbsdə olduğunuz 3 il müddətində nəyi dəyişmiş gördünüz?

    -Həbsxana evimizə yaxın olduğundan, elə bir dəyişiklik görməmişəm. Elə həmin şəhərdir. Evdə dəyişiklik ediblər, yəqin gəlişimə görədir. Ən böyük dəyişiklik odur ki, uşaqlar sevinirlər. Qızımın ad günüdür, deyəsən onunçün elə ən böyük hədiyyə buraxılmağım oldu.

    -Bu müddət Mirzə Sakitin özündə nə dəyişdi?

    -Bu müddət ərzində hakimiyyətin iç üzünü yaxşı tanıdım. Bildim ki, nəyə qadirdirlər. Öz dostlarımı tanıdım - üzvü olduğum AXCP sədrindən üzvlərinəcən. Başa düşdüm ki, vuruşmağa dəyər, özümə, ailəmə qarşı çox diqqətli oldular.

    Azərbaycan mətbuatı ən mübariz mətbuatlardan biridir, baxmayaraq ki, kimlərsə deyir mətbuat püxtələşməlidir.

    -Kimlərinsə diqqətsizliyindən incidiyiniz oldumu?

    -Belə şeylər olur. Bir dəfə öz qəzetimizdə yazmışdım. Başa saldılar ki, yazılarımı ona görə vermirlər ki, məni həbsxanada incidə bilərlər.

    -Necə oldular ki, sizi buraxdılar?

    -Həbsxana rəisinin yanına gedib dedim ki, rəis mənə söz vermişdi ki, 3 günə buraxacaq, mən buraxılmağa görə yox, yalan danışmağı sevmədiyimə görə xatırladıram. Dedi səni səhər çağıracaq. Başa düşdüm ki, buraxacaqlar. Həbsxanada hamı mənim buraxılmağıma sevinirdi.

    -Niyə belə tezdən-səhər 8-də buraxdılar?

    -Ona görə ki, jurnalistlər görüb çəkməsin. Mən elə düşünürdüm ki, gecə buraxacaqlar. Yaxşı ki, səhər tezdən buraxdılar.

    -Həbsxana həyatının ən böyük dərsi nə oldu sizə?

    -Ədliyyə sisteminin bərbad vəziyyətdə olduğunu gördüm. Silsilə yazılarım olacaq, bu sistemdəki korrupsiya barədə. Cəzaçəkmə müəssisələri Ədliyyə Nazirliyinin tam nəzarətindədir. Cəzaların İcrası Məcəlləsinin qaydalarına əməl etmirlər. Bu mənə böyük məktəb oldu.

    -Atanızın dəfnindən sonra özünüzü necə hiss edirdiniz, azadlığı dadızdırıb buraxdılar...

    -Qayıdandan 10 gün sonra özümü çox pis hiss edirdim. Dostlarımı görmüşdüm, sevinc kədərə qarışmışdı. Zəng etdim ki, yanıma gəlin. Birinci dəfəydi ki, həbsxanada darıxırdım.

    Əslində çox istəyirdim azadlığa çıxmaq. Həbsxanada hamı bilir ki, günahsız yerə tutulanda adam özünü çox pis hiss edir.

    Bundan sonra daha sərt yazacağam. Mən faktlara əsaslanıb, gördüyümü yazmışam. Heç kimə böhtan atmaq fikrində olmamışam.

    Həbsdə hamı mənə hörmətlə yanaşıb, yanımda nalayiq söz danışmayıb.
    Həbsxanaya ikinci dəfə qayıtmaq çox kədərli idi. Atamın dəfninə gələnləri çox döyüşkən görmək mənə təsəlli verirdi.

    -Bu üç il ərzində demokratiya uğrunda mübarizəni necə gördünüz? Adamlar geri çəkilirmi?

    -Qətiyyən. Mətbuatda bəzi adamların yazılarında geri çəkilmə, cəmiyyətdə bəzilərinin mövqeyində geriləmə hiss olunur. Amma ümumilikdə bu mübarizə daha da güclənəcək.

    -Siz olmayan müddətdə partiyadaşlarınızın ailənizə münasibəti necə idi?

    -Həmişə diqqət mərkəzində saxlayıblar. Bir-iki dəfə gileyləndiyim olub, zəng edib demişəm ki, niyə belə etmisiniz. Mən açıq adamam.

    -Bir müddət əvvəl prezidenti məhkəməyə vermişdiniz...

    -Əslində bu şikayətin hüquqi çəkisi yox idi, hansısa hakimin bunu araşdırmağa cəsarəti də çatmazdı. Bu bir etiraz forması idi. Müəssisə rəhbərinin iştirakıyla yeddi vərəq yazı yazmışdım. Səbail rayon məhkəməsindən mənə bir cavab gəldi ki, prezident İlham Əliyevin ünvanını dəqiq göstərməmisiniz. Orda seçkilərin saxtakarlıqla keçməsi, qanunsuz həbsim barədə yazmışdım. Prezidenti yalnız Milli Məclis impiçment edə bilər. Bu, bir yazarın dövlət başçısına etirazı idi.

    -Buraxılmağınıza görə prezidentə təşəkkür edirsinizmi?

    -Mən bu hakimiyyətə təşəkkür edə bilmərəm. Məni qanunsuz tutdular, indi də buraxıblar. Onsuz da buraxılmağıma iki ay qalmışdı. Bu amnistiyanın heç bir əhəmiyyəti yoxdur.
    Barbaros
    Barbaros
    Admin


    Erkek
    Mesaj Sayısı : 39
    Yaş : 59
    Nerden : Bakı, Azerbaycan
    Kayıt tarihi : 03/03/09

    Mirzə Sakit  "xaraşo" Empty Geri: Mirzə Sakit "xaraşo"

    Mesaj  Barbaros Perş. Nis. 23, 2009 5:49 pm

    Açiklamalar için çok teşekkür ederim canım Dürdanəm

      Forum Saati C.tesi Eyl. 07, 2024 7:11 pm